Azərbaycanlı gimnastlar Almaniyada Dünya kubokunun mükafatçıları olublar
24 mart, 2014 21:11
Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə dünya kuboku keçirilib.
ERtv xəbər verir ki, yarışların ikinci gnündə müxtəlif növ proqramlar üzrə medallar oynanılıb. Azərbaycanın qrup yığması 5 cütlüklə gürz tapşırığında 17,1 balla bürünc mükafatçı olub. 3 top və iki lentlə gimnastlarımız 17,05 bal yığaraq 4-cü olublar.
Marina Durunda dörd finalda iştirak edib. Halqa ilə hərəkətdə 6-cı (17,7 bal), topla 5-ci (17,7), gürzlə 5-ci (17,7), lentlə 6-cı (17) olub.