Xəbərlər

Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni qaydalar təklif olunur
24 mart, 2014 21:02

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinin yeni müəssisəyə çevrilməsi, müəssisənin fəaliyyəti ilə bağlı dəyişikliklər, yetkinlik yaşına çatmayan məhkumların törətdikləri cinayətlərdən asılı olaraq islah olunması üçün fərqli rejimlərin tətbiq olunması gözlənilir.

ERtv APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən  verilən məlumata görə, bununla bağlı yeni hazırlanan “Yuvenal ədliyyə haqqında” qanuna xüsusi maddə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna, Cinayət Məcəlləsinə, o cümlədən bir sıra müvafiq sənədlərə bir qrup deputat tərəfindən eyni məzmunlu dəyişikliklər təklif olunur.

Dəyişikliklərə əsasən, 14 yaşdan yuxarı, xüsusilə ağır cinayət törətmiş məhkumlar üçün ayrıca yeni rejimin tətbiq olunması təklif olunur. Burada onlar üçün yeni psixoloji mərkəzin yaradılması, onlarla bağlı hüquqi sahədə fəaliyyət göstərən QHT-lərin iştirakı ilə yeni islahedici layihələrin maliyyələşdirilməsi və bir sıra yeni rejim qaydaları əksini tapıb. Layihədə eyni zamanda yüngül cinayət törətmiş yeniyetmələrin tamamilə ayrı müəssisədə islah olunması, bunun üçün paytaxtdan kənar yeni tərbiyə müəssisənin yaradılması da təklif olunur.

Layihəyə əsasən, yeni müəssisə cəzaçəkmə müəssisəsindən daha çox yeniyetmələrə tərbiyəvi-psixoloji yardım müəssisəsi mahiyyətini daşıyacaq. Yeniyetmələrin tərbiyəvi-psixoloji cəhətdən islah olunması prosesində onların valideynləri və yaxınları da iştirak edə biləcəklər.

Sözügedən təkliflər barədə təfərrüatlar “Yuvenal ədliyyə haqqında” layihənin müzakirəsi zamanı açıqlanacaq.

Təkliflərin ilin sonuna kimi parlamentdə müzakirələrə təqdim olunması nəzərdə tutulur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.