Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti cənab Emil Konstantineskunun rəhbərlik etdiyi Demokratiya Naminə Rumıniya Fondu arasında əməkdaşlıq Memorandumu imzalanıb.
Mərkəzdən ERtv-yə verilən məlumata görə, bununla əlaqədar Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən Demokratiya Naminə Rumıniya Fondunda xüsusi görüş keçirilib.
Qeyd olunub ki, bu müqavilə hər iki quruma Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsi, dünyada mövcud olan konfliktlərin qəbul olunmuş ərazi bütövlüyünə hörmət çərçivəsində dialoq, anlaşma və insan hüquqlarının qorunması çərçivəsində həllinə yardım olmaq, elmin, təhsilin mədəni əməkdaşlıqların inkişaf etdirilməsinə təkan verəcək.
Görüş zamanı artıq böyük regional əhəmiyyət kəsb edən II Müştərək Cəmiyyətlər Forumuna hazırlıq müzakirə olunub. Belə ki, Forumun işində 50-dən çox ölkənin lideri, tanınmış ziyalıları, ictimai xadimlərinin qatılacağı gözlənilir.