Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbi hissələrin Krımdan çıxarılması barədə qərar qəbul edib
24 mart, 2014 20:54
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbi hissələrin Krımdan çıxarılması haqda qərar qəbul edib.
ERtv UNİAN-a istinadən xəbər verir ki, Ali Radanın sədri, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov deyib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası bununla bağlı artıq Müdafiə Nazirliyinə göstəriş verib.
Bubndan əlavə, A. Turçinov onu da deyib ki, Şura Nazirlər Kabinetinə hərbi qulluqçuların ailələrini mövcud təhlükə səbəbilə təxliyə etməyi tapşırıb.