Xəbərlər

Türkiyənin Bolu vilayəti millət vəkili Qənirə Paşayevaya fəxri vətəndaşlıq verdi
23 mart, 2014 21:46

Türkiyənin böyük və tarixi bölgələrindən biri olan Bolu Bələdiyyə Məclisi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, dr. Qənirə Paşayevaya Bolunun fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib.

ERtv xəbər verir ki, Bolu bələdiyyə başqanı Alaadin Yılmazın başqanlığında keçirilən bələdiyyə toplantısında gündəliyə salınan bu məsələ ilə bağlı bələdiyyə məclisi qərar qəbul edilib.

Vurğulanıb ki, qardaş iki ölkə arasındakı münasibətlərin inkişafı üçün davamlı çalışmaları, bu istiqamətdə yazdığı kitablar və çıxışları, dəfələrlə Bolunu ziyarət edərək Azərbaycan-Türkiyə münasibətləri və Türk dünyası ilə bağlı verdiyi konfranslardan,  Marka Şəhər Bolu-Beynəlxalq Koroğlu Festivalına və simpoziumuna qatqılarından, Bolu ilə bağlı yazdığı məqalə və araşdırmalarından, Bolunun tanıdılmasına, təbliğinə böyük dəstəklərindən dolayı millət vəkili Qənirə Paşayeva Bolunun Fəxri Vətəndaşı adına layiq görülüb.

Fəxri Vətəndaşlıq millət vəkilinə yaxın zamanlarda Boluya səfəri çərçivəsində təqdim olunacaq. Millət vəkili Qənirə Paşayeva bu qərarla bağlı özünün facebook səhifəsində çox sevdiyi Boluya, onun gözəl insanlarına, bələdiyyə başqanı Alaadin Yılmaza, bələdiyyə üzvlərinə, onu Fəxri Vətəndaşlığa layiq görmələrindən dolayı təşəkkür edərək bu adı doğrultmaq üçün bundan sonra da əlindən gələni edəcəyini deyib:” Gözəl və qədim Boluya,onun gözəl insanlarına təşəkkür edirəm. Məni Fəxri Vətəndaşlığa(Fahri Hemşerilik) layiq görmələri həyatımda ən gözəl anlardan birini yaşatdı.

Girəsun və Karabükdən sonra Bolunun Fəxri Vətəndaşlığını almaq mənim üçün böyük şərəfdir. Çox sevdiyim Bolumuza, onun gözəl insanlarına, bələdiyyə başqanı  Alaadin Yılmaz bəyə, bələdiyyə üzvlərinə məni  Fəxri Vətəndaşlığa layiq görmələrindən dolayı təşəkkür edirəm və bu adı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyimə bütün Bolulara söz verirəm. Mənə Bolunu yaxından tanıdan dəyərli ailə dostları Hüseyn İka və Mehmet Çetine də xüsusi təşəkkür edirəm və bütün Azərbaycanlıları, Azərbaycan Türklərini ortaq tariximizin önəmli bir parçası olan Bolunu görmək üçün bu gözəl bölgəni ziyarət etməyə çağıraram. Bolu həm özünün tarixi, həm gözəlliyi, həm də möhtəşəm insanları ilə qəlbinizdə hər zaman önəmli yer tutacaq. Buna əminəm. İnşallah yaxın zamanlarda təkrar Boluda gözəl bir proqramda iştirak etmək və onlara yerində belə bir etimada görə təşəkkür etmək nəsib olur.  

Bolu ilə bağlı yazdığım məqalə və araşdırmalarım inşallah gələn ay çapdan çıxacaq  "Qənirə Paşayeva ilə addım-addım türk Dünyası" kitabının 2-ci hissəsində öz əksini tapacaq və müxtəlif portallarda oxumaq imkanı olmayan dostlar bu kitabda oxuyaraq Bolunu daha yaxından tanıyacaqlar.  Marka Şəhər Bolu-Beynəlxalq Koroğlu Festivalına və simpoziumu kimi hamımız, bütün Türk dünyası  üçün önəmli toplantıların, feativalların Boluda davamlı olmasını diləyirəm və bundan sonra da hər zaman iştirak edərək əlimizdən gəldiyi qədər bütün platformalarda dəstək olmağa çalışacağıq. Təşəkkürlər Bolu!”

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.