Azərbaycanlı gimnast Almaniyada dünya kubokunun finalına çıxıb
23 mart, 2014 21:41
Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə dünya kuboku başlayıb.
ERtv xəbər verir ki, bu gün çoxnövçülük üzrə çıxışlar başa çatıb.
Azərbaycanlı gimnast Marina Durunda 69,432 balla 6-cı, Gülsüm Şəfizadə isə 20-ci olub. Rusiyalı gimnastlar Yana Kudryavtseva, Marqarita Mamun və Mariya Titova fəxri kürsünün bütün pillələrini tutublar.