Saakaşvili Gürcüstana getməyəcək
23 mart, 2014 21:20
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkə Baş prokurorluğunun onu dindirmək üçün göndərdiyi çağırış vərəqəsinə öz münasibətini bildirib.
Saakaşvili deyib ki, onun heç bir günahı yoxdur və bu baxımdan da dindirilmək üçün Tiflisə getməyəcək.
Qeyd edək ki, hazırda Saakaşvili Niderlanddadır.
Xatırladaq ki, Saakaşvilinin çağırış vərəqəsi dünən onun anası Qiuli Alasaniyaya təqdim edilib. Gürcüstan Baş prokurorluğunun əməkdaşı Koka Kaçitadze dünən keçirdiyi brifinqdə deyib ki, Saakaşvili dindirilməyə gəlməməsini izah etməlidir. "Ancaq inanırıq ki, o, öz hərəkətini ölçüb biçəcək və Baş prokurorluğa gələcək”, - deyə prokuror deyib.