Avropa İttifaqı və ABŞ Kremlin təcavüzkar davranışının qarşısını almaq üçün təkcə Putin rejimimin bəzi nümayəndələrinə qarşı sanksiya tətbiq etməli deyil.
Onlar həm də Rusiyanı iqtisadi cəhətdən təcrid etməlidirlər.
ERtv MIGnews-a istinadən xəbər verir ki, bu sözləri UDAR-ın lideri Vitali Kliçko Brüssel forumunda çıxışı zamanı deyib.
"Son hadisələr sübut etdi ki, Rusiya liderləri güc tətbiq etməyə hazırdırlar. Buna görə də, Aİ və ABŞ kəskin reaksiya verməlidirlər. Putinə təsir edə biləcək demokratik sanksiyalar tətbiq edilməlidir. Buna görə də onlar Putin rejiminin bəzi nümayəndələrinə sanksiya tətbiq etməklə kifayətlənməli deyillər. Təzyiq Rusiyanı iqtisadi cəhətdən təcrid etməlidir", deyə o bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya soxulması və Krımı işğal etməsi Avropa təhlükəsizlik sistemini məhv etdi, Putin isə bütün beynəlxalq normanları pozdu.
"Putin Ukraynanın demokratik inqilabının uğurlarının onun hakimiyyəti üçün təhlükə yaratdığının fərqindədir. Bu onun Rusiya imperiyasını bərpa etmək xayallarının üzərindən xətt çəkəcək", deyə Kliçko bildirib.