Xəbərlər

Azərbaycanda könüllü sığorta bazarı artıb
23 mart, 2014 21:14

2014-ci ilin yanvar-fevral aylarında Azərbaycan sığorta şirkətlərinin mükafatlarının 22,18 faizi və ya təqribən 21,24 milyon manatı əmlakın könüllü sığortası növləri üzrə yığılıb.

Bu növlər üzrə ödənişlər 5,18 milyon manat olub ki, bu da bütün kompensasiyaların təqribən 27,23 faizini təşkil edir.

ERtv ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatında əmlakın könüllü sığortası üzrə yığımların strukturunda böyük hissəni avtomobil nəqliyyatı vasitələrinin sığortası üzrə 21,41 milyon manat həcmində mükafat (4,58 milyon manat dəyərində ödəniş olmaqla), hava-nəqliyyat vasitələrinin sığortalanması üzrə ödəniş olmamaqla 5,51 milyon manat mükafat, habelə yanğın və digər risklərdən əmlakın sığortalanması üzrə 3,19 milyon manat mükafat (1,11 milyon manat həcmində ödənişlər), yüklərin sığortalanması üzrə 6,65 milyon manat mükafat (0,3 milyon manat ödəniş), yüklərin sığortalanması üzrə 2,06 milyon manata mükafat (50,47 min manat ödəniş) və s. təşkil etdiyi bildirilir.

2014-ci ilin yanvar-fevral aylarında mülki məsuliyyətin sığortalanmasının payına 4,33 milyon manat (0,18 milyon manat həcmində ödənişlər) düşüb.

Fərdi sığortalanma üzrə mükafatlar 6,73 milyon manat həcmində ödənişlər olmaqla 33,13 milyon manat təşkil edib. Bununla yanaşı, bədbəxt hadisələr və xəstəliklərdən sığortalanma üzrə yığımlar 1,77 milyon manat (219,67 min manat həcmində ödəniş), könüllü tibbi sığorta üzrə yığımlar 31,37 milyon manat (6,51 milyon manat məbləğində ödəniş), xaricə gedən vətəndaşların sığortalanması üzrə yığımlar 0,22 milyon manat (36,99 min manat həcmində ödəniş) təşkil edib.

Bu dövrdə qeyri-həyat könüllü sığorta üzrə yığımların ümumi həcmi 11,9 milyon manat məbləğində ödənişlər olmaqla (62,88 faiz) 54,36 milyon manat (mükafatların ümumi həcminin 59,33 faizi) təşkil edib.

Ümumilikdə könüllü sığortanın bütün növləri üzrə mükafatların xüsusi çəkisi 2014-cü ilin yanvar-fevral aylarında ölkədə sığorta yığımlarının 78,29 faizini, kompensasiyaların payı isə sığortaçıların bütün ödənişlərinin 67,88 faizini təşkil edir.

İl ərzində könüllü sığorta bazarı 14,99 faiz, ödənişlər isə 19,76 faiz artıb.

Ölkədə fəaliyyət göstərən şirkətlərin mükafatlarının ümumi həcmi 2014-ci ilin ilk 2 ayı ərzində 91,62 milyon manat (il ərzində 16,32 faiz artım) təşkil edib, hesabat dövründə ödənişlər isə 19,02 milyon manat (17,33 faiz artım) olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.