Xaçmazda dəmiryolu stansiyasının elektriki yanaraq ölüb
22 mart, 2014 23:20
Xaçmaz rayonunda 22 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
ERtv APA-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsindən bədbəxt hadisənin rayonun Çarxı kəndindəki dəmiryolu stansiyasında qeydə alındığı bildirilib.
Stansiyada elektrik işləyən 1992-ci il təvəllüdlü Şəhriyar Məhəmməd oğlu Mahmudov yüksək gərginlik elektrik naqilində yaranan alov nəticəsində yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.