Xəbərlər

Battalqazıdə Azərbaycan həqiqətləri və mədəniyyəti ilə bağlı tədbir və gecə keçiriləcək
21 mart, 2014 19:25

Millət vəkili Qənirə Paşayeva Battalqazi bələdiyyəsi ilə görüşdə Azərbaycanın, onun tarixi bölgələrindən birinin adının Battalqazidə əbədiləşdirilməsinin vacibliyini vurğulayaraq Qarabağ adını daşıyan parkın, küçənin və ya abidənin vacibliyi və əhəmiyyətindən danışıb və bələdiyyənin bu istiqamətdə addımlarının Azərbaycanda müsbət qarşılanacağını vurğulayıb.

Millət vəkili,  Avrasiya Beynəlxaql Araşdırmalar Mərkəzi İb-nin sədri Qənirə Paşayeva Türkiyənin  Malatya  vilayətində  Battalqazi bölgəsini və bələdiyyəsini ziyarət edib və bölgənin rəsmiləri ilə görüşüb.  Bələdiyyə sədrinin müavini Mehmet Karabayla görüş zamanı  Battalqazidə olmaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Battalqazidə olmaq həm mənim, həm də mənimlə bərabər Türkiyəyə Azərbaycandan gələn nümayəndə heyəti üçün çox xoşdur.

Azərbaycanın bəzi bölgələri  Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələri ilə qardaş şəhərlər və bələdiyyələr olub. Battalqazini də tezliklə Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması önəmli olardı. Bələdiyyə sədrinin müavini Mehmet Karabay Qənirə Paşayevanın təklifini yüksək qiymətləndirərək, tezliklə həmin ideyanın reallaşdırılması, Malatyanın, Battalqazinin Azərbaycanın hər hansı bir bölgəsi ilə qardaşlaşdırılmasının əhəmiyyətini və önəmini vurğulayıb.

Görüşdə millət vəkili Qənirə Paşayeva bir millət iki dövlət olan Azərbaycan və Türkiyə əlaqələri hazırda dünyanın analoqu olmayan əlaqəsi adlandırıb. Onun sözlərinə görə iki ölkənin birlik və bərabərliyi onun güclənməsinə səbəb olacaq. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib.

 Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən Q. Paşayeva görüşdə həmçinin Xocalı, Qaradağlıda Ermənistan ordusunun dinc əhaliyə qarşı törətdikləri soyqırım barədə məlumat verib. Azərbaycanı çox sevdiyini deyən Mehmet Karabay
Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu və bu istiqamətdə onlar da əllərindən gələni edəcəklərini deyiblər.

Battalqazidə keçirilən məhşur Battalqazi festivallarından danışan Mehmet Karabay həmin festivallarda Azərbaycanın mədəniyyətinin, tarixinin, musiqisinin Malatya sakinləri ilə bərabər dünyasının bir çox bölgələrindən gələn insanlara  daha geniş təqdim edilməsi  istiqamtində böyük imkanlar olduğunu deyib və millət vəkili, Avrasiya Beynəlxaql Araşdırmalar Mərkəzi İb-nin sədri Qənirə Paşayevanı və onunla birlikdə Battalqazini ziyarət edən qonaqları həmin festivala dəvət etməklə bərabər, festival zamanı Azərbaycan mədəniyyəti və musiqisinin də təmsil olunması istiqamətində dəstək göstərmələrini xahiş edib. millət vəkili, Avrasiya Beynəlxaql Araşdırmalar Mərkəzi İb-nin sədri Qənirə Paşayeva rəhbərlik etdityi təşkilatın bu istiqamətdə əlindən gələn dəstəyi göstərəcəyini deyib və dəvəti qəbul edərək əslində Azərbaycanın bu festivalda təmsil olunmasının önəmli olduğunu vurğulayıb və dəvət üçün təşəkkür edib.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi torpaqlarda törətdiyi soyqırımlar barədə məlumatlar verən millət vəkili Qənirə Paşayeva Azərbaycanın, onun tarixi bölgələrindən birinin adının Battalqazidə əbədiləşdirilməsinin vacibliyini vurğulayaraq  Qarabağ adını daşıyan parkın, küçənin və ya abidənin vacibliyi və əhəmiyyətindən danışıb və bələdiyyənin bu istiqamətdə addımlarının Azərbaycanda müsbət qarşılanacağını vurğulayıb.

Bu təklifləri diqqətlə nəzərdən keçirəcəklərini deyən Mehmet Karabay hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Görüşün sonunda Qənirə Paşayeva Mehmet Karabaya və bələdiyyəyə Azərbaycan tarixi və incəsənətini əks etdirən materiallar, kitablar, filmlər, hədiyyələr, həmmüəllifi olduğu ”Xocalı soyqırımı şahidlərin dili ilə”, ” Qaradağlı  soyqırımı şahidlərin dili ilə” kitabını hədiyyə edərək onu Azərbaycana dəvət edib. Mehmet Karabay Azərbaycanı sevdiyini deyərək dəvəti məmuniyyətlə qəbul edib və Azərbaycana gəlməkdən məmnun olacağını deyib.Görüşün sonunda Mehmet Karaday bölgənin tarixi məkanları ilə millət vəkili və onun rəhbərlik etdiyi nümayəndə heyətini tanış edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.