Xəbərlər

Vaqif Səmədoğluna mükafat verildi
20 mart, 2014 19:20

Azərbaycan Yazıçılar Birliyində (AYB) “Nəsimi” Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib.

ERtv xəbər verir ki, tədbiri giriş sözü ilə açan xalq yazıçısı Anar mükafatın tarixindən danışıb:

“Bir neçə il öncə katibliyin qərarı ilə müxtəlif mükafatlar təsis edildi. Onlardan biri də “Nəsimi” Mükafatıdır. “Nəsimi” Mükafatı iki ildən bir Novruz bayramı ərəfəsində təqdim olunur. Bu mükafat ilk dəfə İsa Hüseynova təqdim edildi. Bu il isə görkəmli xalq şairi, Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğluna təqdim edilir”.

Mükafat təqdim edildikdən sonra Vaqif Səmədoğlu Yazıçılar Birliyinə minnətdarlığını bildirib: “Mən indi elə durumdayam ki, sevinc yaşamağa böyük ehtiyacım var. Sevinc mənə dərman kimi gəlir. Bu gün mənim sevincimə səbəb oldunuz. Buna görə hamınıza dərin minnətdarlığımı bildirirəm”.

Tədbirdə xalq şairi Aşıqlar Biliyinin sədri Zəlimxan Yaqub da iştirak edib. AYB sədri Anar Zəlimxan Yaquba AYB-nin yeni üzvlük vəsiqəsini təqdim edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.