Xəbərlər

Azərbaycanda yaz havası nə vaxt olacaq?!
21 mart, 2014 19:17

Sabahdan Azərbaycan ərazisində hava isinməyə başlayacaq.

ERtv-nin verdiyi xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, yağıntılı olacağı, yağıntıların gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 4-7° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° , gündüz 7-9° isti olacaqdır. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir.
Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 6° şaxta, gündüz 11-16° isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperatur gecə 3-8°, gündüz 11-16° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq, günün ikinci yarısından tədricən kəsiləcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

 Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır. Gecə 5-9° , gündüz 10-15° isti olacağı gözlənilir.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, gündüz 4-9° isti təşkil edəcək.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.