Bu gecə Türkiyədə Twitter-ə giriş mümkün olmayıb.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Nazirliyin Mətbuat Müşavirliyinin bu gecə “Twitter bağlana bilər” açıqlamasından qısa vaxt sonra bu sosial şəbəkəyə giriş mümkün olmayıb.
Baş nazirlik mətbuat mərkəzi məsələ barədə rəsmi açıqlama verib. Açıqlamada Twitter rəhbərliyinin bəzi linklərin şəbəkədən yığışdırılması barədə məhkəmə qərarına etinasız qalması bağlanma səbəbi kimi göstərilib.
“Hazırda Türkiyə Cümhuriyyəti vətəndaşlarının bəzi linklərin yığışdırılması barədə məhkəmə qərarının həyata keçirilməsində Twitter rəsmiləri etinasız hərəkət edir. Bu müdət ərzində məhkəmə qərarları istiqamətində Kommunikasya və Rabitə komitəsinin müraciətləri də şəbəkə rəhbərliyi tərəfindən reaksiyasız qalıb”,-deyə, açıqlamada qeyd olunub.