Xəbərlər

Ukrayna Krımın azad edilməsi mübarizəsinə qalxır - Bəyannamə verildi
20 mart, 2014 19:03

Ali Rada martın 20-də Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib.

ERtv APA-ya istinadən xəbər verir ki, bəyannamədə dünya parlamentlərinin və hökumətlərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə bəzi məsələlər çatdırılıb

Bildirilib ki, Ukrayna xalqı ölkənin ayrılmaz hissəsi olan, Rusiyanın beynəlxalq hüququn fundamental normalarını və ölkələrin mövcudluğuna dair qəbul olunmuş beynəlxalq prinsipləri kobudcasına pozaraq, Krım Muxtar Respublikasını ilhaq etməsi ilə heç vaxt razılaşmayacaq.

Ali Rada beynəlxalq birliyin bütün üzvlərinə müraciət edərək, “Krım Respublikası”nı tanımaqdan, Krımın və Sevastopolun yeni federasiya subyekti kimi Rusiyanın tərkibinə qatılmasını qəbul etməkdən çəkinməyi xahiş edib.Ali Rada xalqın adından bəyan edib ki, Krım hər zaman Ukraynanın tərkibində olub və olacaq. Ukrayna xalqı heç vaxt və heç bir şərt qarşılığında Krımın işğalçılardan azad olunması uğrunda mübarizədən geri çəkilməyəcək.

Bəyannamədə qeyd olunur ki, Rusiya təkcə Ukraynanın suverenliyi haqqında qanunu deyil, beynəlxalq hüququn fundamental normalarını, BMT, Avropa Şurası, ATƏT, MDB sənədlərini, Ukraynanın təhlükəsizliyinin təminatına dair 1994-cü ildə bağlanmış müqaviləni, eləcə də Moskva və Ukrayna arasında imzalanmış, əməkdaşlıq və tərəfdaşlıq haqqında 1997-ci il sazişini pozub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.