Bu il 33 milyon tona yaxın yük daşınıb
21 mart, 2014 18:59
Bu ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşınması ilə məşğul olan nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 32.8 milyon ton yük daşınıb.
ERtv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə 272.8 milyon nəfər sərnişinə xidmət göstərilib.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 0.5 faiz çox yük, 6.2 faiz çox sərnişin daşınıb.