Messi “Barselona”dan bir ilə 25 milyon avro istədi
18 mart, 2014 17:13
“Barselona” futbol klubunun hücumçusu Lionel Messi ilə klubun rəhbərliyi arasında müqavilə yeni maliyyə şərtləri ilə bağlı hələ də razılaşma əldə olunmayıb.
ERtv sports.ru-ya istinadən xəbər verir ki, Argentina yığmasının futbolçusu Kataloniya klubundan illik 25 milyon avro həcmində məvacib istəyib.
Messi və onun ətrafında olanlar “göy-qırmızıların” forvardı Neymarın ildə 18-20 milyon avro məvacib aldığını ehtimal edir.
Son hadisələr, yəni klubun eks-prezidenti Sandro-Roselyin vəzifədən uzaqlaşmağa təhrik olunması da bunu sübut edir. Messi bununla barışmaq istəmir və öz qərarında qəti olduğunu bildirib.