Xəbərlər

Novella Cəfəroğlu: “Məlumatlara görə ölkədə hər il 5 min erkən nikah olur”
19 mart, 2014 17:08

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyəti Kanadanın Türkiyədəki səfirliyinin dəstəyi ilə “Erkən nikah probleminin ictimailəşdirilməsi və bu problemin həlli üçün dövlət strukturları, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin birgə fəaliyyətinə nail olunması” adlı layihəni təqdim edib.

ERtv xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, xarici ölkə səfirliklərinin nümayəndələri, ekspertlər, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Cəmiyyətin sədri Novella Cəfəroğlu bildirib ki, layihənin məqsədi erkən nikah problemi və onun mənfi nəticələri barədə ictimaiyyətin məlumatlandırılması, çıxış yollarının tapılması üçün hüquq mühafizə, icra strukturları, bələdiyyə, KİV və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə iştirakı ilə müzakirələrin təşkil edilməsidir.

N.Cəfəroğlunun sözlərinə görə, layihə çərçivəsində Masallı, Astara, Şirvan və Şamaxı rayonlarında dəyirmi masalar keçirilib.

“Məlumatlara görə, hər il Azərbaycanda 5 min erkən nikah olur. Biz layihəyə uyğun olaraq regionlarda erkən nikahların yaranma səbəblərini araşdırıb, onun həlli yolları ilə bağlı səsləndirilmiş təklifləri ümumiləşdirmişik.

Həmin təkliflər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə müvafiq qanunverici və icraedici qurumlara təqdim ediləcək”, deyə, N.Cəfəroğlu bildirib.

Daha sonra cəmiyyətin əməkdaşı Nabat Qəniyevə layihəni təqdim edib və təklifləri səsləndirib. Onun sözlərinə görə, təkliflər əsasən bölgələrdə, xüsusilə kənd yerlərində təhsilin səviyyəsinin artırılması ilə bağlı olub.

“Təkliflər sırasında təhsil şöbələrinin təhsilə diqqəti daha da artırması, təhsilin məcburi edilməsi, qızların təhsilə cəlbi, peşə məktəblərinin açılması, məktəblərdə davamiyyət, qızlarla fərdi söhbətlərin aparılması, ailələrin maarifləndirilməsi, erkən yaşda qızla evlənənə ağır cəza verilməsi və digərlərindən ibarətdir”, - N.Qəniyeva deyib.

Səbəbləri də açıqlayan N.Qəniyeva işsizlik, ailənin maddi durumu, çoxuşaqlı ailələrin bəzən sosial yardım ala bilməməsi, din xadimlərinin erkən nikahlara göz yumması, mollaların kəbin kəsməsi, statistik məlumatların az olmasını göstərib.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb.  

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.