Xəbərlər

Heydər Əliyev Mərkəzində "SƏMƏNİ" Beynəlxalq İncəsənət Müsabiqəsinin qalibləri təltif olunub
18 mart, 2014 17:06

İlaxır çərşənbədə Heydər Əliyev Mərkəzinin parkında "SƏMƏNİ" Beynəlxalq İncəsənət Müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, tanınmış ictmai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müsabiqənin qonaqları təqdim olunan eksponatlarla tanış olublar.

Müsabiqənin qalibləri mərasim iştirakçılarının səsverməsi əsasında müəyyən edilib. Müsabiqənin nəticəsi olaraq, qaliblərə diplomlar təqdim edilib. Birinci yerin qalibi Novruz Məmmədov, ikinci yerin qalibi Elvin Nəbizadə, üçüncü yerin qalibi isə Lamiyə Əhməd olub.

Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - "SƏMƏNİ" Beynəlxalq Müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəsilə ötürməklə yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 31 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatına çalar qatır, həm də bolluq və firavanlıq arzularını ifadə edir.

Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.