Doku Umarovun öldüyü rəsmən təsdiqləndi
18 mart, 2014 17:04
Çeçenistan prezidenti Ramzan Kadırov Doku Umarovun öldüyünü təsdiq edib.
ERtv xəbər verir ki, Kadırov verdiyi sözə əməl etdiyini bildirib.
O, İnstagramda belə yazıb: "Biz daha əvvəl demişdik ki, Umarov Soçi-2014 olimpiadası üçün heç bir təhlükə törətmir, həmçinin bəyan etmişdik ki, onu Olimpiya oyunlarına qədər məhv edəcəyik".
O, qeyd edib ki, keçirilmiş xüsusi əməliyyatların birində Umarov zərərsizləşdirilib: "Bu məlumatı yaraqlılar da təsdiqləyir. Xüsusi xidmət orqanları və KİV-in terrorçunun ölümünə inanması üçün daha nə etmək lazımdır?".
Milli Antiterror Komitəsi məsələ ilə bağlı şərh verməkdən hələlik imtina edir.