Xəbərlər

Novruz bayramı ilə əlaqədar imkansız ailələrə bayram sovqatı təqdim olunub
17 mart, 2014 16:36

Novruz bayramı ilə əlaqədar Səbail rayonunda yaşayan imkansız ailələr üçün bayram şənliyi təşkil olunub.

ERtv-nin məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayıl yaşayış sahəsindəki “Bakı gecələri” restoranında keçirilən tədbirdə Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri, rayonda yerləşən idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Səbail rayon İcra Hakimiyyəti başçısının müaviniYavər Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq, onları sevimli Novruz bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Bayramla bağlı rayonda görülən işlər barədə məlumat verən icra başçısının müavini bildirib ki, hazırda rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağıdır və onların bayramlarını təbrik etmək üçün xeyli sovqat aparmış və böyük konsert proqramı təşkil etmişlər.

Qeyd olunub ki, əziz bayramla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, təşkilat, müəssisə, bir sıra iş adamlarının, xeyriyyəçilərin, bələdiyyələrin dəstəyi hesabına alınmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz  və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və təşkilatçıların nümayəndələrinin iştirakı ilə növbəti iki gün ərzində ümumilikdə 5 mindən çox ailəyə təqdim olunacaq.

Yavər Allahverdiyev Novruz ərəfəsində xalqımıza qədimdən xas olan xeyirxahlıq keyfiyyətlərini rəhbər tutan rayonun iş adamları və xeyriyyəçilərin aztəminatlı ailələrin ehtiyaclarına ənənəvi olaraq yardımçı olduqlarını xüsusi olaraq qeyd edib və bildirib ki, bayram tədbirləri rayonun qəsəbələri, yaşayış sahələri və rayonda yerləşən hərbi hissələrdə də keçiriləcək.

Qeyd olunub ki, Novruz bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində qəsəbə mədəniyyət evləri və tanınmış incəsənət xadimlərinin iştirakı ilə sakinlər və qəsəbələrdəki hərbi hissələrin şəxsi heyəti üçün əyləncəli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.