Xəbərlər

Ərdoğan Ukraynadakı vəziyyətlə bağlı Azərbaycan və Qazaxıstan rəhbərliyi ilə müzakirələr aparacaq
17 mart, 2014 16:35

Türkiyənin Kanal 7 və Ülke TV telekanallarında nümayiş olunan “İskele Sancak” proqramında çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Krımdakı vəziyyət haqqında jurnalistlərin suallarını cavablandırıb.

ERtv Haberler.com-a istinadən xəbər verir ki, çıxışı zamanı baş nazir bildirib:

“Biz hər bir halda Krım Muxtar Respublikasının yanındayıq. Muxtar Respublika vətəndaşlarının hüquqlarının təminatı üçün Rusiya ilə danışıqlar aparılır. Düşünürəm ki, gün ərzində Almaniya kansleri Angela Merkel ilə görüş baş tutacaq. O, özü də bu istəyi ifadə edib”.

Ərdoğan çıxışı zamanı əlavə edib ki, məsələ ilə əlaqədar Azərbaycan və Qazaxıstan rəhbərliyi ilə də görüşlər olacaq.

“Azərbaycan və Qazaxıstan rəhbərliyi ilə də görüşlərim olacaq. Bununla yanaşı, Ukrayna və Krım Muxtar Respublikasındakı vəziyyətlə əlaqədar Rusiya ilə danışıqlarda nəticə əldə olunması üzrə səylərin aktivləşdirilməsini istərdim” – Ərdoğan deyib.

“Hazırkı vəziyyət həqiqətən də, Krımda yaşayan qardaşlarımız üçün ürəkaçan deyil. Bununla əlaqədar Krım tatarlarının lideri Mustafa Cəmillə danışıqlar aparılıb.

Daha əvvəl xarici işlər naziri Ə.Davudoğlu Ukraynaya gedərək həm Ukraynanın mərkəzi hakimiyyəti, həm də Krım Xalq Respublikasının rəhbərliyi ilə görüşlər keçirib. Bu görüşlərdən sonra təbii ki, nə isə əldə etmişik” - deyən baş nazir çıxışında ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovla İtaliyada olan görüşlərini də xatırladıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.