Xəbərlər

SOCAR “Star” Neft Emalı Zavodunun maliyyələşməsi üçün danışıqları yekunlaşdırır
17 mart, 2014 16:31

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyənin Əliağa ərazisində yerləşən “Star” Neft Emalı Zavodunun tikintisinin maliyyələşməsi üçün həm kommersiya bankları, həm EXİM banklar (idxal-ixrac bankları), həm də digər kommersiya tərəfləri ilə danışıqları yekunlaşır.

ERtv xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidentiSüleyman Qasımov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, banklar tərəfindən iştirak məktubları martın 31-də bitir.

“O vaxta qədər çalışırıq ki, bütün əməliyyatları yekunlaşdıraq. Hər hansı bir səbəbdən kənarlaşma və çatışmazlıq olarsa, bunun qarşısını almaq üçün banklarla sıx əlaqə aparılır.

Hətta bankların verdikləri məktubların vaxtının bir az uzadılması istiqamətində danışıqlar aparılır. Bu böyük prosesdir” - deyə, S.Qasımov əlavə edib.

Qeyd edək ki, “Star” Neft Emalı Zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub.

İldə 10 milyon ton istehsal gücünə malik olacaq “Star” zavodunda “Ural”, “Azəri Light” və “Kərkük” kimi neft markaları emal ediləcək.

“Star” Neft Emalı Zavoduna təxminən 5-6 milyard dollarlıq sərmayə yatırılması gözlənilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.