Xəbərlər

Oqtay Əsədov Seyşel Adaları Respublikasının sabiq prezidentini qəbul edib
15 mart, 2014 19:34

Martın 15-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Seyşel Adaları Respublikasının sabiq prezidenti, Mərkəzi Asiya, Sakit Okean Hövzəsi Beynəlxalq Demokratları Təşkilatının vitse-prezidenti Ceyms Riçard Mançam ilə görüşmüşdür.

ERtv xəbər verir ki, Oqtay Əsədov belə səfərlərin əlaqələrimizin inkişafına xidmət etdiyini vurğulamışdır. Sədr Azərbaycan parlamentinin tarixi və bugünkü fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, müsəlman Şərqində ilk demokratik dövlət quran Azərbaycan hələ ötən əsrin əvvəlində qadınlara seçib-seçilmək hüququ vermişdir. Bu gün də qadınlar Azərbaycan parlamentində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Oqtay Əsədov Azərbaycanın qanunverici orqanında təmsil olunan siyasi partiyaların və hakim Yeni Azərbaycan Partiyasının cəmiyyətdə oynadığı roldan danışmışdır. Məlumat verilmişdir ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adı ilə bağlı olan bu partiyanın təmsilçiləri parlamentdə çoxluq təşkil edir və qanun yaradıcılığında, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında fəallıq göstərirlər.

Milli Məclisin sədri qonağın təmsil etdiyi siyasi qurum ilə Yeni Azərbaycan Partiyası arasında yaranmış əlaqələri yüksək qiymətləndirmişdir. O, dövlətlərarası münasibətlər sistemində parlamentlərin roluna diqqəti cəlb edərək iki ölkə arasında bu səviyyədə münasibətlərin inkişafının digər sahələrə də müsbət təsir göstərəcəyinə inandığını bildirmişdir.

Ceyms Riçard Mançam ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etmişdir. O, Azərbaycanda şahidi olduğu inkişafa heyran qaldığını xüsusi vurğulamışdır. Qonaq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin dərinləşməsində əhəmiyyətli rol oynayacağına inandığını söyləmişdir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.