Gəncə Dövlət Filarmoniyasının üst mərtəbəsində quraşdırılan karkas çöküb, xəsarət alanlar var
15 mart, 2014 19:30
Gəncə şəhərində bədbəxt hadisə baş verib.
ERtv APA-ya istinadən xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının şəhərin Cavadxan küçəsində yeni inşa olunan binasının üst mərtəbəsində taxtalardan qurulan karkas çöküb. Hadisə saat 17.30 radələrində qeydə alınıb.
Nəticədə xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.