Novruz bayramı günlərində poçt fasiləsiz işləyəcək
15 mart, 2014 19:28
“Azərpoçt”un bütün mərkəzi poçt şöbələri Novruz bayramı günlərində də vətəndaşlara xidmət göstərəcək.
ERtv-nin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xəbərə xidmətinə istinadən verdiyi xəbərə görə, bayram günlərində vətəndaşların bölgələrə səfərləri nəzərə alınmaqla bütün regional poçt şöbələri adi rejimdə işləyəcək.
Burada rəhbərliyin ümumi koordinasiyası ilə işçilərin müəyyən növbəlilik prinsipi əsasında vətəndaşlara xidmət göstərəcəklər.
Qeyd edək ki, “Azərpoçt” MMC vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə poçtalyonların mənzillərə sifarişlərini də təklif edir.