Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi keçiriləcək
14 mart, 2014 21:57

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının respublikada elmin təşkili və inkişafındakı böyük xidmətləri nəzərə alınaraq, Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

2015-ci ildə respublikanın ali elmi qurumu Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 70 ili tamam olur.

Ölkədə elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Milli Elmlər Akademiyasının müstəsna rolu vardır. Yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddəti ərzində o, mühüm nailiyyətlər qazanmış, elmi məktəblərin qurulmasına müvəffəq olmuş, beynəlxalq elm strukturlarına uğurla inteqrasiya etmişdir.

Akademiya müstəqil dövlətçiliyin əsaslarının möhkəmləndirilməsində öz üzərinə düşən vəzifələrin öhdəsindən bu gün də layiqincə gəlir və cəmiyyətin sosial-iqtisadi tərəqqisinə, mədəni-mənəvi təşəkkülünə töhfələrini əsirgəmir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.