Bakı Bulvarında idman alətləri ilə təchiz olunmuş meydança yaradılacaq
14 mart, 2014 21:50
Dənizkənarı Milli Parkın (Bulvar) yeni hissəsində xüsusi idman meydançası üçün hazırlıq işləri aparılır.
Burada arzu edən hər kəs idman alətlərindən ödənişsiz istifadə edə bilər.
ERtv xəbər verir ki, meydançanın açılışı üçün hazırlıq işləri tamamlanmaq üzrədir.
Artıq meydançada müxtəlif növ idman alətləri quraşdırılıb.