ABŞ Rusiyanın yük daşınmaları üçün öz ərazisindən istifadə üçün Pentaqona verdiyi icazəni geri götürəcəyi təqdirdə, əfqan tranzitinin yenidən yönləndirilməsi sxemi üzərində iş aparır.
Burada üstünlük ya Gürcüstana, ya da Azərbaycana verilə bilər.
ERtv xəbər verir ki, bu barədə “EurasiaNet” nəşrində dərc olunan “Pentaqon Rusiyanın əfqan tranzitini bağlayacağı təqdirdə, “B” planı hazırlayır” məqalədə bildirilir.
“Əgər ruslar bizim Şimal tədarük şəbəkəsinin (ŞTŞ) Rusiya seqmentinə çıxışımızı bağlamaq qərarına gəlsələr, bizim Əfqanıstana və geriyə yük daşımaq üçün başqa variantlarımız var. Rusiyadan yan keçərək ŞTŞ üzrə bir neçə yük daşımaq variantımız var”, - deyə nəşr ABŞ Hərbi-Hava Qüvvələrinin generalı Pol Selvanın sözlərini sitat gətirir.
Ekspertlər istisna etmirlər ki, Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna böhranı üzrə mühüm fikir ayrılığı səbəbindən Rusiya NATO hərbi kontingenti və yüklərinin Əfqanıstandan çıxarılması üçün tranzit xidməti göstərməkdən imtina edə bilər. Əfqanıstandan çıxış bu ilin yay aylarına planlaşdırılıb.
General Pol Selva hava daşınmaları üzrə komandanlığa rəhbərlik edir və Rusiya və digər postsovet ölkələri ərazisindən keçməkdə ŞTŞ üzrə daşınmaların təşkilinin idarəçiliyində olduğu ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri vəzifəsinə namizəddir
“Aralıq dənizi, daha sonra Xəzər dənizindən keçən marşrut açıq və etibarlıdır. Onun keçdiyi ölkələr işin davam etdirilməsində maraqlıdır, çünki bu, “Yeni ipək yolu” təşəbbüsünün həyata keçirilməsində onlara kömək olacaq.
Rusiyadan yan ötən yeganə marşrutlar belə deyək ki, “cənub hissə”dən keçir: Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə Xəzər dənizinə, Qazaxıstandan keçməklə isə Əfqanıstana.
Lakin nəşrin qeyd etdiyinə görə, belə olan halda, üstünlük Baltik ölkələrinə, xüsusilə Latviyaya veriləcək, çünki hazırda daha çox yüklənmə Baltikyanında başlayır və Rusiyadan keçir.
Bu marşrut hazırda Əfqanıstandan çıxarılan avadanlıq həcminin yalnız 5 faizini təmin edir, lakin 2011-ci ildə Pakistan hakimiyyəti ilə NATO arasında münasibətlərdə yaranan gərginlik səbəbindən bu ölkədən keçən marşrutun bağlanmasından sonra bu, böyük strateji əhəmiyyətə malikdir.
Bir sıra KİV qeyd edir ki, Rusiya və İranın əks-təsir göstərmə ehtimalının olduğu bir zamanda Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçən yeni uçuş marşrutlarının işlənib hazırlanması uzun diplomatik razılaşmalar tələb edir. Nəticədə NATO ya hərbi əmlakının böyük hissəsini Əfqanıstanda saxlamalı, ya da təxliyə müddətini uzatmalı olacaq ki, bu da həm Əfqanıstanda, həm də şəxsi seçicilər arasında problemlərə səbəb ola bilər.