1 milyon dollarla dünyanı gəzən işçi axtarılır
14 mart, 2014 21:28
“Luxury Travel Intelligence” VeryFirsttoKnow.com saytı vasitəsilə 1 milyon dollarla dünyanı gəzən işçi axtardıqlarını elan edib.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, elana görə işə götürüləcək insan bir il boyunca dünyanı gəzəcək.
Bu insan bir il ərzində dünyanın ən yaxşı restoranlarında yemək yeyə biləcək, beşulduzlu otellərdə qalacaq, elit gecə klublarında əylənə biləcək.
Bu lüks iş üçün isə yaxşı yemək yeməyi sevmək, mədəni fəaliyyətlərdə iştirak etmə həvəsi olmaq və yeniliklərə açıq olmaq tələb olunur.
İşə götürüləcək insanın yazı yazma qabiliyyəti də nəzərə alınacaq. Elanda bildirilib ki, cütlüklər də müraciət edə bilərlər.