Xəbərlər

Zahid Oruc bankların verdiyi kreditlərin yüksək faizindən şikayətləndi
14 mart, 2014 21:23

Hökuməti daha yaxşı işləməyə çağırıram.

ERtv xəbər verir ki, bu fikirləri Milli Məclis üzvüZahid Oruc Nazirlər Kabinetinin ötən il üçün hesabatının müzakirəsi zaman səsləndirdi.

Sosial sahədə bəzi problemlərdən danışan millət vəkili bank kreditlərinin yüksək faizlə verilməsi məsələsinə də toxundu.

“Vətəndaşların banklara borcları artmaqdadır. Banklarda 35-40 faizlə kredit verilir. Milli Bankdan deyirlər ki, banklar 15 faiz gəlir götürür. Amma ölkədə hansı biznes layihəsini göstərmək olar ki, belə faizlə kredit götürməklə insan həm qazansın, həm də krediti ödəsin?” - millət vəkili deyib.

Z.Oruc hökuməti bir daha bu məsələyə nəzər salmağa çağırdı. O, çıxışında məmurlara da xəbərdarlıq etdi.

“Təriflərə həddən artıq aludə olanlar unutmasınlar: Cənab Prezident 2013-cü ildə komandasını əsaslı şəkildə dəyişib. Ən azı iki nazir yenisi ilə əvəzlənib”, - Z.Oruc bildirib.

Metroda ticarətlə bağlı məsələdən danışan Z.Oruc qeyd etdi ki, məmurların səlahiyyət məsələsinə də diqqət yetirilməlidi.

“Tağı Əhmədovun rəhbərlik etdiyi qurum metro vaqonlarının fəaliyyətinə nəzarət etməli idi. Buradakı ticarət fəaliyyətinə niyə nəzarət etməlidir ki, ondan sonra gələn də bu məsələ ilə məşğul olsun?” - Z.Oruc deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.