Xəbərlər

İlham Əliyev Çexiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
12 mart, 2014 10:29

Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də Çex Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanın etimadnaməsini qəbul edib.

ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, səfir Vitezslav Pivonka fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vitezslav Pivonka etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Azərbaycanın dövlət başçısı ilə bu yaxınlarda Soçidə görüşünü böyük məmnunluq hissi ilə xatırladığını vurğuladı.

Vitezslav Pivonka Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında iqtisadi, enerji, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Çexiya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşünü xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Prezident Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çex Respublikasının dövlət başçısına çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.