Xəbərlər

İlham Əliyev İranın xarici işlər nazirinin müavinini qəbul edib
12 mart, 2014 10:29

Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də İran İslam Respublikasının xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv-nin AzərTAc- istinadən verdiyi xəbərə əsasən, İbrahim Rəhimpur İran İslam Respublikasının Prezidenti Ayətullah Həsən Ruhaninin qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı.

İbrahim Rəhimpur İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulduğu bir gündə ölkəmizə səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu ifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Ayətullah Həsən Ruhani ilə Davosda görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı prezidentlərin görüşünün ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Prezident Ayətullah Həsən Ruhaninin Novruz bayramı münasibətilə təbriklərinə görə minnətdarlığını bildirdi, onun da təbriklərini İran Prezidentinə çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.