Bir dəqiqəyə başı ilə 155 qoz qırdı
13 mart, 2014 10:24
Pakistanda yerli sakin bir dəqiqə ərzində başı ilə heç bir qoruyucu vasitə olmadan 155 ədəd yunan qozu qırıb.
ERtv “Sky News”a istinadən xəbər verir ki, tədbir Pəncab vilayətində keçirilən gənclər festivalı çərçivəsində baş tutub.
Əldə olunan məlumatlara görə, bu nəticə “Ginnesin Rekordlar Kitabı”na düşə biləcək bir nailiyyətdir. Rekordun müəllifi döyüş sənəti ilə məşğul olan Məhəmməd Rəşiddir.
Bundan əvvəlki rekord isə 2013-cü ildə Nyu-Yorkda qeydə alınmışdı. Aşrita Furman adlı şəxs bir dəqiqəyə başı ilə 44 yunan qozu qıra bilmişdi.