Nyu-Yorkda dəhşətli partlayış nəticəsində bina çöküb
12 mart, 2014 10:23
Bu gün Nyu-Yorkda Manhettendə dəhşətli partlayış nəticəsində 6 mərtəbəli bina çöküb.
NBS New York-un verdiyi xəbərə əsasən, partlayış yerli vaxtla 09:30-da (Bakı vaxtı ilə 17:30-da) baş verib.
Binanın damında güclü yanğın başlayıb. Məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alanlar var. Amma onların sayı hələlik məlum deyil.
Bundan başqa binanın çökməsi nəticəsində bir sıra insanlar dağıntılar altında köməksiz vəziyyətdə qalıblar.
Şəhər rəhbərliyinin ilkin versiyasına görə partlayış qaz sızması nəticəsində baş verə bilərdi