SOCAR rəsmisi: “Ukraynadakı hadisələr SOCAR-ın bu ölkədə fəaliyyətinə təsir göstərməyib”
12 mart, 2014 10:20
Ukraynada baş verən siyasi gərginlik Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədəki biznes əməliyyatlarına heç bir təsir göstərməyib.
ERtv xəbər verir ki, bu barədə şirkətin vitse-prezidentinin müavini Vitali Bəylərbəyovjurnalistlərə bildirib.
O, bununla belə əlavə edib ki, bu ölkədəki gərginlik neft məhsullarının həcminə təsirsiz ötüşməyib.
“Bu ölkədə neft məhsullarının satış həcmi azalıb”, - o deyib.
Krıma gəldikdə o qeyd edib ki, Dövlət Neft Şirkətinə məxsus heç bir müəssisə burada fəaliyyət göstərmir və SOCAR-ın bütün müəssiəsələri Ukraynanın ayrı ərazilərində yerləşir.