Xəbərlər

İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktorunu qəbul edib
11 mart, 2014 09:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Henri Kerali Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf tədbirlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirdi.

O, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın razılıq doğurduğunu bildirdi.

Son illər Azərbaycanda uğurlu iqtisadi inkişafa nail olunduğunu vurğulayan Prezident İlham Əliyev hazırda ölkəmizdə yeni beş illik iqtisadi inkişaf proqramının təsdiq edildiyini və həmin proqramda qeyri-neft sektorunun və sənayenin inkişafına əsas prioritet sahələrdən biri kimi geniş yer ayrıldığını dedi. Dövlətimizin başçısı proqramın icrasında Azərbaycanda yüksək demoqrafik inkişaf proseslərinin nəzərə alındığını da qeyd etdi. Prezident İlham Əliyev ölkədə orta təbəqənin sosial vəziyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.