Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsindən azad edilib
11 mart, 2014 09:50
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov vəzifəsindən azad edilib.
ERtv APA-ya istinadən xəbər verir ki, Ş. Sultanovun vəzifəsinin icrası Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədova tapşırılıb.