Nərmin Hüseynli vəfat edib
10 mart, 2014 22:10
Uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkən Nərmin Hüseynli dünyasını dəyişib.
ERtv xəbər verir ki, xəstəliyin dördüncü mərhələsində olan Nərminin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Nərmin üçün yardım kampaniyası başlanılmış və qısa müddətdə kampaniyaya xeyli insan və təşkilat qoşulmuşdu.
O, fevralın 26-da müalicə üçün Türkiyəyə yola salınıb. Bu gün isə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.