ABŞ dövlət katibi Rusiyaya səfərini təxirə salıb
10 mart, 2014 22:08
ABŞ dövlət katibi Con Kerri Rusiyaya planlaşdırdığı səfəri təxirə salıb.
ERtv APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
C.Kerri Rusiyaya səfərlə bağlı qarşı tərəfə ilkin razılıq versə də, müəyyən səbəblərlə əlaqədar səfərini təxirə salıb. Bu səfərin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obamanın təşəbbüsü ilə təşkil olunduğu bildirilir.