Elmar Məmmədyarov martın 10-da Parisdə Minsk qrupunun həmsədrləri ilə görüşəcək
09 mart, 2014 18:27
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən xəbərə görə, E.Məmmədyarov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların gedişini müzakirə edəcək.
Xatırladaq ki, Minsk qrupunun həmsədrləri martın 3-də Parisdə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıblar.