Ötən ay Azərbaycanda 2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
09 mart, 2014 18:05
Cari ilin fevral ayında Azərbaycanda 2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən ERtv-yə verilən xəbərə görə, ay ərzində qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Xatırladaq ki, cari ilin yanvar ayı ərzində ölkəmizdə 4,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.