İlham Əliyev Avropa İttifaqı ilə viza sadələşdirilməsi barədə sazişi təsdiq edib
07 mart, 2014 11:56
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb.
ERtv-nin AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, dövlət başçısının imzaladığı sənəddə deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” 2013-cü il noyabrın 29-da Vilnüs şəhərində imzalanmış Saziş təsdiq edilsin”.