Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Bu barədə ERtv-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən martın 10-da Bakı şəhərində Azərbaycan və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında qərargah danışıqları, martın 10-dan aprelin 25-dək Böyük Britaniyanın Şrivenhem şəhərində Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs təşkil olunacaq.
Bundan başqa martın 10-dan 14-dək Türkiyənin Ankara və İstanbul şəhərlərində terrorizmə qarşı mübarizə kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşü keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.