Xəbərlər

Azərbaycan Müəllimlər İnstitutunda 8 Mart - Beynəlxalq Qаdınlar Günü qeyd olunub
07 mart, 2014 11:54

Аzəрbaycan Мüəllimlər İnstitutundа 8 Mart ­- Beynəlxalq Qаdınlar Günü münasibəti ilə bədii-əyləncəli tədbir keçirilib.

ERtv xəbər verir ki, tədbir Azərbaycan Müəllimlər İnstitutu Tələbə Gənclər Təşkilatı (AMİ TGT) və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı təbrik nitqi ilə çıxış edib. Rektor bildirib ki, bu gün Аzərbaycan qadınları ölkəmizin ictimai-siyasi, elm, təhsil və mədəni həyatında yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, sədaqəti və mərdliyi ilə seçilirlər. Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verərək deyib:

“Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox böyük yer tuturlar”.

A.Naxçıvanlı çoxşaxəli fəaliyyəti ilə təkcə Azərbaycan deyil, eləcə də dünya qadınları üçün əsl örnək olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva başda olmaqla bütün xanımları bayram münasibətilə təbrik edib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin sədri Nəcəf Novruzov çıxış edərək tədbirdə iştirak edən xanımları təbrik edib, dövlətimiz tərəfindən qadınlarımıza göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. N.Novruzov rayon və dövlət səviyyəli müxtəlif mövzulu ictimai-siyasi tədbirlərdə institut tələbələrinin fəallığını yüksək qiymətləndirib və fəallıq göstərən bir qrup tələbə idarə tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, rayon rəhbərliyi tərəfindən təsis olunmuş təqaüdlər təqdim olunub.

Tədbir maraqlı konsert proqramı ilə davam edib. Tədbirdə iştirak edən bütün xanımlara qızılgül hədiyyə olunub. Bununla yanaşı uşaq və yeniyetmələr arasında keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.