Türkiyədə “Youtube” və “Facebook” bağlana bilər
07 mart, 2014 11:53
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan canlı yayımda gündəmlə bağlı bir sıra açıqlamalar verib.
ERtv-nin ANS-Press-ə istinadən verdiyi xəbərə görə, Ərdoğan internet qanunu ilə əlaqədar olaraq martın 30-da sonra yeni tənzimləmələr ediləcəyini açıqlayıb.
"İnternet qanununa məlum idarələr etiraz etdilər. Edə biləcəyimiz qədərini etdik. O sahədə də martın 30-dan sonra atacağımız yeni addımlar var. Bu mövzuda ciddiyik. Bu milləti "Youtube"a, "Facebook"a qurban verə bilmərik. Lazım olsa, bağladarıq" - deyə Ərdoğan internet qanunu ilə bağlı açıqlamasında bildirib.
Qeyd edək ki, bu gecə Türkiyənin özəl telekanallarından birində jurnalistlərin suallarına cavab verən Ərdoğan sözügedən çıxışında müxtəlif mövzulara toxunub.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı