Sankt-Peterburqda maraqlı hadisə baş verib.
Belə ki, yerli mənzil istismar idarələrindən birinin əməkdaşları zibillikdə gözlənilmədən timsahla rastlaşıblar.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, yırtıcı qaçmaq istəyib və zibil qutuları arasında gizlənib, lakin süpürgəçilərin birgə səyi nəticəsində onu tutmaq mümkün olub.
Timsah balasının yenicə yumurtadan çıxdığı bildirilir. Ekspertlərin qiymətləndirməsinə görə, bu 3-4 günün timsahıdır.
Lakin Peterburq zooparkı timsah balasını qəbul etməkdən imtina edib, çünki o kifayət qədər böyük ölçüdə olub və xüsusi qayğıya ehtiyacı olub.
Yarımmetrlik timsahı texniki müəssisələrdən birinin əməkdaşı himayəsinə götürüb. O, akvarium və qida ilə təmin edilib. Nil timsahı hazırda özünü yaxşı hiss edir.