İspaniya yığması və Madridin “Real” komandasının eks-oyunçusu, hazırda Qatarın “əl-Sadd” klubunun tərkibində olan Raul 2013/2014-cü futbol sezonunu tamamlandıqda futbol karyerasını dayandıracağını bildirib.
Bu haqda “Еl Сonfidencial” məlumat yayıb.
ERtv eurosport.ru-ya istinadən xəbər verir ki, “Real”da keçirdiyi 16 il müddətində Raul 6 dəfə İspaniya çempionu olub və Çempionlar Liqasında 3 dəfə qələbə əldə edib.
36 yaşlı ispan futbolçu oyun sayına (741) və qol sayına (323) görə klubun rekord qazanan oyunçusudur. İspaniya yığmasındakı oyun nəticələrinə görə forvardın hesabında 102 oyunda 44 top qeydə alınıb. Lakin təəssüf ki, o, Avropa və dünya çempionu olmayıb.
Yanvar ayında “Real”ın prezidenti Florensio Peres “Real” və “Pari Sen-Jermen” (1:0) qarşılaşması zamanı Qatara gəldiyində Paula təklif edib ki, futbolçu gələn sezondan kluba qayıtsın daha sonra isə məşqçi kimi fəaliyyətə başlasın.