Xəbərlər

Azərbaycanda ən böyük kitab marketi açılacaq
06 mart, 2014 17:20

Azərbaycanda ən böyük kitab marketinin açılış mərasimi keçiriləcək.

ERtv-nin məlumatına görə, “Kitabevim.az” Mağazalar Şəbəkəsinin “28 May” stansiyası yaxınlığında, Puşkin küçəsi, 26 A ünvanında, “AK Center”in 2-ci mərtəbəsində yerləşən yeni kitab marketinin açılış mərasimi martın 16-da saat 15:00-da baş tutacaq.

Açılış günü marketdəki bütün kitablara 20 faiz endirim tətbiq olunacaq.

Minlərlə kitabın satışından əlavə, Kitabevim.az kitab marketində oxucu klubu və müxtəlif şirkətlərin himayəsi altında hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunacaq. Belə ki, açılışa gələn oxucular özləri ilə bir kitab da gətirib, əvəzində bu guşədən başqa kitab götürə biləcəklər.

Layihənin məqsədi kitab satışından çox mütaliənin təbliğatını həyata keçirməkdir. Burada müxtəlif dillərdə olan minlərlə kitab tapmaq mümkün olacaq.

Yeni kitab marketində “Günün, həftənin, ayın kitabı” adlı guşə, eyni zamanda seminar, diskussiyalar və imza günlərinin keçirilməsi üçün geniş bir təqdimat guşəsi də yaradılacaq.

“Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılır. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da olacaq.

Bundan əlavə kitabsevərlərin davamlı yararlanması üçün hədiyyə kartları da təsis edilib və bu kartlar vasitəsilə oxucular güzəştli faizlərlə kitab almaq imkanı qazanacaqlar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.