Xəbərlər

Aparıcı canlı yayımda Putinə etiraz etdi və işdən çıxdı
06 mart, 2014 17:17

RT telekanalının aparıcısı Liz Val (Liz Wahl) 5 mart çərşənbə günü canlı efirdə işdən çıxdığını elan edib.

ERtv Lenta.ru-ya istinadən xəbər verib ki, Valın sözlərinə görə, o, Rusiya Federasiyası tərəfindən maliyyələşən kanalda çalışmaq və “Putinin hərəkətlərini təmizə çıxarmaq” istəmir.

Aparıcı xatırladıb ki, keçmiş SSRİ zamanında onun ailəsi Macarıstandan ABŞ-a köçməyə məcbur olub. “Mən Amerika vətəndaşı olmağımla fəxr edirəm, yalnız həqiqətin yayılması gərəkdiyinə inanıram və bu səbəbdən telekanaldan ayrılmaq niyyətindəyəm” - deyə Val fikrini ifadə edib.

6 mart tarixində telekanalın rəsmi saytında Liz Valı tənqid edən şərhlər yerləşdirilib. “Adətən jurnalist redaksiyanın mövqeyi ilə razı olmadıqda redaktora müraciət edir. Problemin həlli yolu mümkün olmadıqda peşəkarcasına işindən ayrılır. Lakin bir şəxs fərdi qərarını ictimaiyyətə şou kimi təqdim edirsə, bu özünü reklamdan başqa bir şey deyil” - telekanalın rəhbərliyi Valın istefasına münasibət bildirib.

Xatırladaq ki, daha əvvəl telekanalın “Breaking the Set” proqramının aparıcısı Ebbi Martin (Abby Martin) 3 martda olan canlı efirdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib.    

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.